UNICO

Sahə mühəndisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
09.01.23 - 08.02.23

O работе

  • İşçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri, istehsalat və əmək intizamı, daxili əmək qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Tikinti, quraşdırma və istismara vermə işlərinin həcmi baxımından ustalar üçün istehsal hədəflərini müəyyənləşdirmək və icrasına nəzarət etmək;
  • İşçilərə birbaşa iş yerlərində təhlükəsiz iş qaydaları haqqında təlimat vermək;
  • İstehsalat tapşırıqlarını briqada işçilərinə çatdırmaq;
  • Briqadanın işi üçün tələb olunan bütün iş materialların, məhsulların, alətlərin, cihazların və s. sifarişini vermək və vaxtında çatdırılmasına nəzarət etmək;
  • Təhlükəsizlik qaydaları barədə gündəlik təlimat keçmək;
  • Briqadaya verilmiş əl alətlərinin saz vəziyyətdə olmasına nəzarət etmək;
  • Yerinə yetirilmiş işlərin və ya adam-saatların ödəmə üçün təqdim etmək;
  • İş şəraitinin qiymətləndirilməsi, planlaşdırılması və nəzarətini həyata keçirmək;
  • Tikinti istehsalının həyata keçirilməsi üçün tələb olunan tikinti avadanlığı, maşın və mexanizmlərin siyahısını müəyyənləşdirmək;
  • Tikinti sahəsindəki tikinti işlərinin nəticələrindəki qüsurları aradan qaldırmağa yönəlmiş əməliyyat tədbirlərinin hazırlanmasına, planlaşdırılmasına və həyata keçirilməsinə nəzarəti etmək;
  • Tikinti sahəsinin istehsal fəaliyyətinə dair cari və icra sənədlərini aparmaq;
  • Tikinti sahəsindəki tikinti işləri növlərinin və mərhələlərinin nəticələrinin qəbul edilməsi və keyfiyyətinə nəzarət etmək;
  • Tikinti sahəsindəki tikinti sənayesinin əmək ehtiyatlarına ehtiyaclarını müəyyənləşdirmək;
  • Təhlükəsizlik zonalarında işləmək hüququ üçün sənədlər hazırlamaq;
  • Texnoloji avadanlıqların, iskələlərin, inşaat maşınları, elektrik stansiyaları, nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsini təmin etmək;
  • İşin texnoloji prosesə, metodologiyaya uyğun olaraq aparılmasını təmin etmək;
  • Tikinti sahəsi üçün dizayn sənədlərinin qəbulu prosesinə nəzarət və sənədlərin yoxlanmasının təşkilini etmək.

Требования

  • Təhsil: İnşaat mühəndisi diplomu (sənaye və mülki tikinti üzrə);
  • Kompüter bacarıqları: MS Word, Excel, Power Point proqramları;
  • Təcrübə: Tikinti üzrə iş təcrübəsi min 3 il.


Срок действия задания истек