Физули,
Азербайджан
15.07.24
-
14.08.24
O работе
- Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək;
- Sifarişçinin tələblərini öyrənmək, layihə tapşırığının dolğun və düzgün tərtib edilməsini təmin etmək;
- Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, təsdiq olunan son dizayn yanaşmasını təmin etmək;
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Yerinə yetirilən bütün iş həcmlərinin qeydiyyatını aparmaq və layihə mühəndisinə həftəlik yazılı məlumat vermək;
- Layihənin mövcud (as-built) vəziyyətini hazırlayıb layihə mühəndisinə təqdim etmək;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi.
Требования
- Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office (MS Word, MS Excell, MS Outlook), AutoCad proqramlarını yaxşı səviyyədə bilmək;
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- Planlaşdırma və problem həlletmə bacarıqları;
- Müvafiq qanunvericilik aktlarını və normalarını bilmək.
Строительство и строительство
Строительство
Срок действия задания истек