Facility Management Group
По соглашению
Полн. занятость
Баку, Азербайджан
07.03.24 - 06.04.24

O работе

  • Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək;
  • Sifarişçinin tələblərini öyrənmək, Layihə Tapşırığının dolğun və düzgün tərtib edilməsini təmin etmək;
  • Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
  • Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
  • Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
  • Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərə yaxın əməkdaşlıq etmək;
  • Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
  • Maraqlı tərəflər ilə;
  • Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
  • Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq.

Требования

  • Təhsil: Ali (memarlıq ixtisası üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
  • Kompüter bacarıqları: MS Office, AutoCAD, Sketch-UP, 3D qrafik proqramlar;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.


Срок действия задания истек

Похожие вакансии