TABİA Group

Rezervasiya üzrə mütəxəssis

По соглашению
1992
Полн. занятость
Баку, Азербайджан
17.02.25 - 18.03.25

O работе

  • Telefon, faks və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə  cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
  • Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək;
  • CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək;
  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya vermək;
  • Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
  • Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün həll olunmayan problemləri həll etmək;
  • Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq;     
  • Mehmanxananın təklif etdiyi daxili və xarici təlimlərdə, əlavə təlim və tədbirlərində iştirak etmək. Bu təlimlərdən əldə etdiyi bilikləri öz işinə tətbiq etmək;
  • Qonaq şikayətlərini yaxından izləmək və tez bir zamanda həll etmək;
  • Rezervasiya nümayəndələrinin bilik səviyyəsini artırmaq yönündə təlimlərin keçirilməsi;
  • Rezervasiya komandasının işə götürülməsinə, idarə olunmasına, təliminə və inkişafına kömək etmək;
  • Şöbənin həftəlik cədvəlinin tərtib olunması;
  • Şöbənin ümumi işinə nəzarət etmək; 
  • Qiymət cədvəlinin sistem üzrə doğruluğunu yoxlamaq və müvafiq kodların yaradılması;
  • Gündəlik olaraq hesabatların yoxlanılması və Otaq əməliyyatları üzrə qrup menecerinə məruzə etmək;
  • Otaq Əməliyyatları üzrə qrup menecerinin verdiyi tapşırıqları detallı şəkildə mənimsəmək və şöbə üzrə lazımi prosedurları tətbiq etmək.

Требования

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Daha əvvəl eyni sahədə  nəzarətçi vəzifəsində təcrübə; Ön büro təcrübəsi arzuolunandır;
  • Yaxşı təşkilatçılıq və idarəetmə bacarığı;
  • Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
  • Yazılı və şifahi özünü ifadə etmək;
  • Kompüter bilikləri: Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili, İngilis dili - yüksək səviyyədə.