Баку,
Азербайджан
01.05.24
-
31.05.24
O работе
- Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- Müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
- Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi;
- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
- Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
- Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
- Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması;
- Korporativ görüşlərin keçirilməsi;
- Reklam və marketinq məhsullarının hazırlanması;
- Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq.
Требования
- Təhsil: Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
- Təcrübə: Digital marketing sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis və rus dili bilikləri yuxarı səviyyədə olmalıdır;
- Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı.
Маркетинг
Маркетинг и реклама
Срок действия задания истек