Шеки,
Азербайджан
23.04.24
-
23.05.24
O работе
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün filiala daxil olan sənədlərin icrasını təmin edir;
- Vəkalətnamə əsasında filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
- Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
- Layihə sənədlərinin ekspertizasını keçirir;
- Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
- İş bölgüsü üzrə filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
- Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz fəaliyyəti barədə filial rəisinə hesabat verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və filialın əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Требования
- Yaş: 25-45;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il;
- Təhsil: Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;
- Kompüter bacarıqları: Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Услуга
Коммунальные услуги