SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Qapalı sahə və qaz test üzrə aparıcı mühəndis

По соглашению 57
Полн. занятость
Баку, Азербайджан
11.09.24 - 11.10.24

O работе

  • Müəssisə hüdudları və sahələri çərçivəsində istifadəyə yararlılığından, müvafiq sənaye standartlarına və şirkətin işlərin yerinə yetirilməsinə icazə proseduralarına əməl olunduğundan əmin olmaq üçün bütün qapalı sahə işlərini yoxlamaq;
  • Qapalı sahənin və xilasetmə ləvazimatlarının vəziyyətini yoxlamaq və qiymətləndirmək və zədələnmiş, qüsurlu və standartlara uyğun olmayan materialları rədd etmək;
  • İşçilərin qapalı sahəyə giriş üçün müvafiq şəkildə təlimatlandırılmış və təlim keçmiş olmasından əmin olmaq;
  • İşin planlaşdıırlmış, təşkil olunmuş və hər zaman nəzarətdə saxlandığından əmin olmaq;
  • SDM-in sağlamlıq və təhlükəsizlik tələblərinə cavab vermək üçün istehsal prosesinin pozulması hallarında layihələndirmə və qurğulara giriş baxımından xüsusi avadanlıqların uyğunluğu ilə bağlı məsləhətlər vermək;
  • Qapalı sahə işləri ilə bağlı texniki məsləhətlər vermək və yüksək səviyyəli bacarıqlar tələb edən işlərdə iştirak etmək;
  • Qapalı sahə və xilasetmə işləri üçün bütün avadanlıqların yoxlanmış olmasından əmin olmaq;
  • Müxtəlif sahələrdə gündəlik qapalı sahə işlərinin tələb üzrə təşkilinə nəzarət etmək;
  • Qapalı sahə işləri üçün materialların işarələnmiş olmasını, düzgün şəraitdə saxlanmasını və təhlükəsiz istifadəsini təmin etmək;
  • SƏTƏM qaydaları barədə məlumatlılığı təmin etmək və qapalı sahə işçiləri tərəfindən SƏTƏM qaydalarına və nizamnamələrinə əməl olunmasından əmin olmaq;
  • Qapalı sahəyə giriş icazəsinin hazırlanmasına nəzarət etmək;
  • İstifadə üçün ilkin müdaxilədən öncə qapalı sahənin yekun yoxlanması;
  • Minimum olaraq, sahədə gündəlik yoxlama, qapalı sahə işləri;
  • Təcridedici tənəffüs aparatlarını, kompressorlar, yarım/tam üz maskaları və digər qapalı sahə avadanlıqlarına nəzarət və onların yoxlanması;
  • Digər səlahiyyətli şəxslər, qaz analizlərini keçirən şəxslər, İşin Yerinə Yetirilməsinə İcazəni verən şəxslərə və s. təlim keçilməsinə nəzarət etmək;
  • Qapalı sahə işlərinin görüləcəyi sahənin təhlükəsiz olmasını yoxlamaq;
  • Qapalı sahə risklərini minimuma endirəcək hər hansı ehtiyat tədbirlərini görmək;
  • Fövqəladə hallar üçün təxliyə və xilasetmə proseduralarını hazırlamaq və yoxlamaq.
  • Müraciət linki:  https://socardownstream.az/az/vacancy/qapali-sahe-ve-qaz-test-uzre-aparici-muhendis 

Требования

  • Qaz sınaqlarının aparılması üzrə səlahiyyətli şəxs kimi neft və qaz sənayesində minimum 3 il iş təcrübəsi;
  • Ali texniki bakalavr təhsili;
  • NEBOSH və ya İOSH sertifikatları;
  • Tanınmış qurum tərəfindən verilmiş qaz sınaqlarının aparılması üzrə səlahiyyətli şəxs sertifikatı;
  • Beynəlxalq qanunlar və təhlükəsizliyə dair qanunları bilən şəxslərə üstünlük verilir;
  • Audit/inspeksiya üsulları və proseduraları barədə biliklər;
  • Neft-qaz və tikinti layihələri ilə əlaqədar təcrübə;
  • Qapalı sahə işləri üzrə Fövqəladə hallarda cavab tədbirləri Planlarını hazırlamaq qabiliyyəti;
  • Neft və Qaz məhsulları ilə bağlı təhlükələri anlamaq bacarığı.


Похожие вакансии