Баку,
Азербайджан
12.03.23
-
11.04.23
O работе
- Vəzifənin sahibi analizator cihazlar üzərində bütün texniki xidmət, kalibrləmə işlərini və onların sınaqdan keçirilməsini təmin etməyə cavabdehdir;
- Təsdiq olunmuş prosedurlara əsasən bütün analizator sistemlərinin mümkün olan ən yüksək imkanlarla işləməsini təmin etmək üçün müntəzəm olaraq monitorinq aparmaq;
- Proses analizatorunun fəaliyyətinin effektivliyini izləmək, monitorinq aparmaq, nasazlıqların təhlilini aparmaq və analizatorun fəaliyyəti və tətbiqini davamlı olaraq optimallaşdırmağa çalışmaq;
- Nümunələrin daşınması sistemlərini və qaz silindrlərinin dəyişdirilməsini həyata keçirmək;
- Xətlər üzərində ölçmələrin dəqiqliyini təmin etmək məqsədilə analizatorlar üçün kalibrləmə qazlarını saxlamaq;
- Ehtiyat hissələr siyahısını analizatorlar üçün saxlamaq;
- Texniki xidmət heyəti ilə profilaktik və bərpaedici işlər görülən müddətdə əməkdaşlıq etmək;
- Tədarükçünün texniki informasiyası və istehsalçı spesifikasiyaları əsasında profilaktik və diaqnostik prosedurlar həyata keçirmək;
- Biznes hədəflərinə çatmaq üçün uzlaşdırmanı, keyfiyyətə zəmanəti və resurs dəstəyini təmin etməklə şöbə daxilində sağlam əlaqələr yaratmaq;
- Müxtəlif tədarükçülərdən inteqrasiya olunmuş sistemlər üzərində detallı funksional sınaqlar həyata keçirmək;
- Proses analizatorlarının (SQC) daxili yoxlamasını idarə etmək;
- Müntəzəm əsaslarla texniki xidmət qrafiki əsasında təhkim olunmuş tapşırıqları izləmək və yeniləmək;
- Gündəlik və əsaslı təmir işlərini icra etmək üçün digər analizator texniklərlə komanda şəklində işləmək;
- Bütün işlərin təhlükəsiz iş prosedurları, işə icazələr və normativlər əsasında icra olunmasını təmin etmək;
- Bütün şirkət siyasətləri, təhlükəsizlik standartları və təmizliyə riayət olunması təcrübələrinə əməl etmək;
- Laboratoriya meneceri, supervayzeri və keyfiyyət göstəricilərinə cavabdeh mütəxəssisə hesabat vermək.
Требования
- Təhsil: Kimya, elektrik, nəzarət-ölçü cihazları və ya mexanika sahəsində peşə təhsili;
- Təcrübə: Keyfiyyətə nəzarət avadanlıqlarının saxlanması və keyfiyyətinə zəmanət, nəzarət-ölçü cihazlarının layihələndirilməsi, laboratoriya, texnoloji prosesə nəzarət və avtomatlaşdırma, layihələndirmə, problemlərin aradan qaldırılması, texniki xidmət, və ya istismar şərtlərinə zəmanət sahələrində minimum 3 illik təcrübə;
- Kompüter bacarıqları: Microsoft Office tam paketindən biliklər;
- Proses analizatoruna profilaktik və bərpaedici xidmətlərin göstərilməsini təmin etmək;
- Proses analizatorlarının mexaniki və elektrik funksiyaları barədə biliklər;
- Kimyəvi maddələr barədə yaxşı məlumatlılıq;
- Düzgün təşkilatçılıq və komanda ilə iş bacarıqları.
Инжиниринг
Машиностроение и электроника