GoldenPay

Proqram Təminatı üzrə Baş Mütəxəssis

По соглашению 195
Полн. занятость
Баку, Азербайджан
07.10.24 - 07.11.24

O работе

  • Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;  
  • Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək;
  • Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək;
  • Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək;
  • Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək;
  • İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək;
  • İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Требования

  • Proqram təminatının hazırlanması üzrə 4 il;
  • İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
  • Bir və ya bir neçə proqramlaşdırma dillərində biliyi (məsələn, Java, Python, C#, JavaScript və s); 
  • Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış;
  • Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə;
  • Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dilini bilmək üstünlükdür;
  • Problem həll etmə və analitik düşüncə;
  • Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları.


Похожие вакансии