Baku Marriott Hotel Boulevard

Plant room operator / Operator

По соглашению 765
Полн. занятость
Баку, Азербайджан
17.12.24 - 17.01.25

O работе

  • Tələb olunduqda texniki avadanlığın qoşulmasını, saz vəziyətdə saxlanılmasını və təmirini təmin etmək;
  • Qazanxana otağı ilə yanaşı qızdırıcı, nasos, su çənləri və filtrlərin, habelə elektrik panellərin normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək;
  • Qeydiyyat vərəqəsində cihazların ölçü və parametrlərinin müvafiq qaydada qeydiyyatını aparmaq;
  • Bütün mexanizmlərin təhlükəsiz və saz vəziyyətdə işləməsini təmin etmək;
  • Çənlərin içərisində su, hava və yanacağın tələb olunan miqdar, həcm və ölçüdə olmasını təmin etmək;
  • Aparılan su testlərinin (TDS/PH) nəticələri barədə qeydiyyatın aparılmasını təmin etmək ;
  • Havalandırma sisteminin qurğularına nəzarət etmək, normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək;
  • Generatorların gündəlik su və yanacaq səviyyəsini yoxlamaq və təhlükənin olmamasından əmin olmaq;
  • Mexanizmlərin şöbə tərəfindən təyin edilən qrafikə üzrə profilaktik təmirini təmin etmək;
  • Yaranacaq hər hansı fövgəladə hal/problem barədə əvvəlcədən birbaşa rəhbərinə məlumat vermək və qabaqlayıcı tədbir görmək;
  • Tələb olunduqda mühəndislik komandasına lazımi dəstək göstərmək və təlimlərdə iştirak etmək.

Требования

  • Qeyd olunan vəzifə üzrə ən azı 2 il iş təcrübəsi
  • Mühəndislik sahəsində Ali və ya Orta Texniki ixtisas təhsili;
  • Müvafiq sahə üzrə güvvədə olan diplom və/və ya sertifikat;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi əsaslarını bilmək;
  • Müxtəlif növbələrdə və dəyişkən cədvəl üzrə işləmək;;
  • Yüksək ünsiyyətli və çevik, detallara həssas və dəqiq;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır).