Баку,
Азербайджан
18.06.24
-
18.07.24
O работе
- Planlamanın hazırlanması üçün lazım olan bütün növ məlumatları araşdırma əsasında toplamaq, təhlil etmək, ilkin planları hazırlamaq və təqdim etmək;
- Şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaları aparmaq və uzunmüddətli əlaqələri yaratmaq;
- Şirkətin satınalma və planlama hədəfləri ilə bağlı mümkün olan inkişaf planlarını hazırlamaq;
- Planlamanın hazırlanması və icrası zamanı qoyulan zaman müddətinə nəzarət etmək və planların zamanında icrasını təmin etmək;
- Şirkətin satınalma və planlama ilə bağlı məlumat bazasının yaradılmasına və genişləndirilməsinə dəstək vermək;
- Planlamanın müvafiq hissələrində yerli və ya xarici amillərdən irəli gələn dəyişiklikləri tətbiq etmək;
- Planlaşdırma ilə bağlı məlumatları və nəticələri müvafiq olaraq struktur bölmələrinə, müştərilərə və ya aidiyyatı şəxslərə çatdırmaq;
- Potensial təchizatçıları araşdırmaq və müəyyənləşdirmək;
- Satınalma ilə bağlı təklifləri hazırlamaq, satınalma şərtləri ilə bağlı müştərilər ilə danışıqlar aparmaq və satınalma sifarişləri əsasında müqavilələri hazırlamaq.
Требования
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 1 il;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik.
Снабжение
Машиностроение и электроника
Срок действия задания истек