Max Print

Operator (Fiber, Metal Kəsim)

По соглашению 1015
Полн. занятость
Баку, Азербайджан
21.01.25 - 21.02.25

O работе

  • Fiber lazer kəsim maşınının işə salınması və sazlanması;
  • Fiber lazer kəsim maşınının düzgün işə salınmasını təmin etmək;
  • Kəsiləcək materialın növünə və qalınlığına uyğun maşın parametrlərini (laser gücü, kəsim sürəti, fokus məsafəsi və s.) tənzimləmək;
  • Maşının parametrlərini materialın xüsusiyyətlərinə (metal növü, qalınlığı, sıxlığı və s.) uyğun olaraq düzəltmək;
  • Materialların hazırlanması və yerləşdirilməsi;
  • Kəsiləcək metal və digər materialların ölçülərini yoxlamaq, düzgün şəkildə kəsim masasına yerləşdirmək;
  • Kəsiləcək materialların vəziyyətini (zədələnmə, paslanma və s.) yoxlamaq və uyğun olmayan materialları istifadəyə qəbul etməmək;
  • Materialın düzgün yerləşdirilməsini təmin etmək, hər hansı hərəkət etmənin qarşısını almaq;
  • Kəsim prosesinin idarə edilməsi;
  • Fiber lazer kəsim maşınının işləmə prosesini izləmək, parametrlərin düzgün olmasını təmin etmək;
  • Kəsim prosesində hər hansı bir nasazlıq və ya keyfiyyət problemləri yaranarsa, dərhal müdaxilə etmək;
  • Kəsilən hissələrin dəqiqliklə ölçülməsini təmin etmək, keyfiyyətə nəzarət etmək;
  • Maşının və alətlərin nəzarəti və saxlanması;
  • Maşının və alətlərin (lazer lentləri, qaz təchizat sistemləri və s.) vəziyyətini mütəmadi olaraq yoxlamaq;
  • Maşınların və alətlərin təmizliyini təmin etmək və texniki baxışları vaxtında aparmaq;
  • Lazım olduqda alətləri dəyişdirmək və ya təmir etmək;
  • İstehsal prosesinin effektivliyini artırmaq;
  • Kəsim prosesində material itkisinin qarşısını almaq və resurslardan səmərəli istifadəni təmin etmək;
  • Kəsim prosesinin səmərəliliyini artırmaq məqsədilə proseslərdə optimallaşdırma təklifləri irəli sürmək;
  • İstehsal dövrü zamanını izləmək və məhsulun vaxtında istehsalını təmin etmək;
  • İşçi təhlükəsizliyinin təmin edilməsi;
  • Kəsim prosesində təhlükəsizlik qaydalarına riayət etmək və iş yerində təhlükəsizliyin təmin olunmasını nəzarət altına almaq;
  • Lazer şüalarının təhlükələrinə qarşı lazımi qoruyucu avadanlıqdan istifadə etmək (gözlük, əlcəklər və s.);
  • Maşın və digər avadanlıqlarla işləyərkən müvafiq təhlükəsizlik prosedurlarına riayət etmək;
  • Keyfiyyətə nəzarət və ölçmə;
  • Kəsilən hissələrin ölçülərini mütəmadi olaraq yoxlamaq və kəsim keyfiyyətini izləmək;
  • Kəsilmiş hissələrin uyğunluğunu təsdiq etmək, müvafiq təcrübələrə əsasən səhvləri müəyyənləşdirmək;
  • Keyfiyyətin yüksək səviyyədə təmin olunmasını təmin etmək, istehsalda hər hansı bir problem yaranarsa, dərhal müdaxilə etmək;
  • Hesabat və sənədləşmə;
  • Kəsim əməliyyatlarının və məhsul istehsalının nəticələri haqqında rəhbərliyə hesabat vermək;
  • Hər bir istehsal mərhələsi və maşın işləyişi ilə bağlı qeydlər aparmaq;
  • İstehsalın gedişatına dair yazılı sənədlər və ya qeydlər hazırlamaq;
  • Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı, namizədin təcrübəsinə əsasən müsahibə zamanı müzakirəediləcək;
  • İş qrafiki: Beş günlük iş həftəsi (layihənin mərhələsindən asılı olaraq əlavə iş saatları ola bilər);
  • Sosial təminatlar: Əmək qanunvericiliyinə uyğun sosial təminatlar (ödənişli məzuniyyətlər, xəstəlik vərəqələri, tibbi sığorta);
  • Karyera irəliləyişi: Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Требования

  • Orta ixtisas və ya ali təhsil (Mexanika, Texnologiya, Avtomatika, Metal Kəsmə və ya əlaqəli sahələr);
  • Fiber lazer kəsim maşınları ilə işləmə sahəsində ən azı 1-2 il təcrübə;
  • Fiber lazer kəsim maşınları və texnologiyası barədə nəzəri və praktiki biliklər;
  • Kəsim maşınlarının işləmə prinsiplərini və texniki parametrlərini başa düşmək;
  • Metal və digər materialların kəsilməsi təcrübəsi;
  • Kəsim maşınlarının texniki xidmət və təmiri ilə bağlı əsas biliklər;
  • Yüksək diqqət, dəqiqlik və yüksək keyfiyyətə nəzarət bacarıqları;
  • Maşınların işləmə vəziyyətini izləmə və problemləri tez bir zamanda aşkar etmə bacarığı;
  • Təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək və iş yerində təhlükəsizliyin təmin edilməsi;
  • Problem həll etmə və qərar vermə bacarıqları;
  • CNC proqramlaşdırma və lazer kəsim maşınlarının idarə edilməsi üçün müvafiq proqramlarla işləmə bacarığı;
  • Microsoft Office (Xüsusilə Excel və Word) və sənədləşmə üçün digər proqramları bilmək.

Похожие вакансии