Баку,
Азербайджан
22.01.25
-
22.02.25
O работе
- CNC maşınlarının işə salınması və sazlanması;
- CNC maşınlarını düzgün işə salmaq, sazlama və ayarları düzgün şəkildə aparmaq;
- Dəqiq tələblərə əsasən CNC maşınlarının proqram təminatını yükləmək və yadəyişdirmək;
- CNC maşınlarının parametrlərini (güc, sürət, ötürmə, fırlanma açısı və s.) istehsalprosesinə uyğun olaraq tənzimləmək;
- CNC maşınları üçün lazımi proqramları hazırlamaq və ya mövcud proqramları yeniləmək;
- Hissələrin ölçüləri və xüsusiyyətlərinə əsasən düzgün parametrlərin müəyyənləşdirilməsi;
- İstehsal prosesinin hər bir mərhələsində proqramın düzgün işləməsini təmin etmək və lazım gəldikdə dəyişikliklər etmək;
- stehsal ediləcək hissələr üçün istifadə olunacaq materialların (məsələn, metal, plastik və s.) keyfiyyətini yoxlamaq;
- CNC maşınında istifadə olunacaq alət və avadanlıqların düzgünlüyünü və vəziyyətini yoxlamaq;
- Materialın düzgün yerləşdirilməsini təmin etmək, zədələnmiş materiallardan qaçınmaq;
- CNC maşınlarının işini izləmək, istehsal prosesi zamanı çıxan səhvləri və nasazlıqları vaxtında aşkarlamaq;
- Təkrarlanan səhvlərin qarşısını almaq üçün maşının parametrlərində və proqramlarında düzəlişlər etmək;
- İş prosesinin hər bir mərhələsində keyfiyyətə nəzarət etmək və istehsalın yüksək dəqiqliklə icra olunduğunu təmin etmək;
- CNC maşınlarının işində yaranan hər hansı bir texniki problemin aradan qaldırılması üçün təmir və ya müdaxilə etmək;
- Məhsulun keyfiyyəti ilə bağlı hər hansı bir problem yaranarsa, dərhal əməliyyatları dayandırıb təhlil aparmaq və həll yollarını tətbiq etmək;
- Nasaz avadanlıqların düzgün işləməsini təmin etmək üçün texniki xidmət göstərişlərini yerinə yetirmək;
- CNC maşınlarının gündəlik və dövri texniki baxışlarını həyata keçirmək;
- Maşınlarda yağlanma, təmizləmə və digər texniki qulluq işlərini vaxtında yerinə yetirmək;
- İstehsalın fasiləsiz davam etməsi üçün maşınlarda hər hansı bir nasazlıq baş verməməsi məqsədilə qabaqlayıcı tədbirlər görmək;
- İstehsal edilən hissələrin ölçülərini və keyfiyyətini daimi olaraq yoxlamaq;
- İstehsalın başlanmasından əvvəl və sonra məhsulun ölçülərini ölçmək, təkrar yoxlama aparmaq;
- Keyfiyyətə nəzarət avadanlıqları (mikrometr, vernier, sferometr və s.) ilə ölçüləri düzgün götürmək;
- İstehsal prosesi zamanı əldə edilən nəticələr və qarşılaşılan problemlər barədə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
- İstehsalın gedişatı, keyfiyyət yoxlamalarının nəticələri və istifadə olunan materiallar haqqında yazılı məlumat hazırlamaq;
- CNC maşınlarında həyata keçirilən hər bir əməliyyatın və düzəlişin qeyd edilməsi;
- Əmək qanunvericiliyinə uyğun sosial təminatlar (ödənişli məzuniyyətlər, xəstəlik vərəqələri, tibbi sığorta);
- Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Beş günlük iş həftəsi (layihənin mərhələsindən asılı olaraq əlavə iş saatları ola bilər).
Требования
- Ali və ya orta ixtisas təhsili (Mexanika, Mühəndislik, Avtomatika və ya əlaqəli sahələr);
- CNC maşınları və onların proqramlaşdırılması sahəsində nəzəri və praktiki biliklər;
- CNC maşınlarının iş prinsiplərini və parametrlərini bilmək;
- CNC maşınları ilə işləmək üzrə ən azı 1-2 il iş təcrübəsi;
- CNC proqramlarının (G-code və ya müvafiq digər proqramlaşdırma dilləri) yazılması və redaktə edilməsi təcrübəsi;
- İstehsal avadanlıqlarını istifadə etmə bacarığı;
- Yüksək diqqət və dəqiqliklə işləmə bacarığı;
- Yaxşı analitik və problemləri həll etmə bacarığı;
- Texniki məlumatları anlama və uyğun tədbirlər görmə bacarığı;
- Yaxşı təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
- Təhlükəsizlik və keyfiyyət standartlarına riayət etmək;
- CNC maşınları və avadanlıqları ilə işləmək üçün uyğun proqram təminatlarına (məsələn, AutoCAD, Mastercam, SolidWorks, və s.) bələd olmaq;
- Microsoft Office (Excel, Word) proqramlarını bilmək;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Operator (CNC)” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Оператор
издательское дело и полиграфия