Сумгаит,
Азербайджан
21.02.23
-
23.03.23
O работе
- Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
- İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
- Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;
- İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulun və metodların yayılması işində iştirak edir;
- Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir;
- Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;
- İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir;
- Növbəni (qarderobları, avadanlıqları və köməkçi sahələri) təmiz şəkildə təhvil alır və təhvil verir;
- Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
- Növbə ərzində pambıq mahlıcının, istehsal olumuş və olunacaq, qablaşmış və qablaşacaq ipliyin çəki və labarator keyfiyəti barəsində tam məlumat əldə edir;
- Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
- Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir;
- Növbədə olan bütün əməkdaşlara əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması ilə bağlı günlük təlim keçmək;
- Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.
Требования
- Təhsil: Ali (texniki sahədə təhsili olan şəxslərə üstünlük verilir);
- Təcrübə: İstehsalatda ən az 3 illik təcrübə;
- Məsuliyyətli;
- Pozitiv;
- Özünütəşkiletmə qabiliyyəti;
- Etibarlılıq;
- Dürüstlük.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.
Административный, Бизнес, Менеджмент