SOCAR DOWNSTREAM MANAGEMENT LLC

NÖC və avtomatika üzrə aparıcı mühəndis

По соглашению 1322
Полн. занятость
Баку, Азербайджан
28.12.24 - 28.01.25

O работе

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • SAP sistemi üzərindən günlük və həftəlik işlərin texniklər arasında bölüşdürülməsi, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
  • SAP sistemi üzərindən yeni iş bildirişini yaratmaq, iş sifarişlərini yoxlamaq və lazımi tədbirləri görmək;
  • Ehtiyat hissələri müəyyən etmək və sifarişini SAP sistemi üzərindən izləmək;
  • NÖC və avtomatika avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
  • NÖC və avtomatika təmiri bölməsinin illik xərclərini büdcəyə uyğunluğunu izləmək;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
  • Nəzarəti altında olan işçilərə lazımi təlimlərin verilməsi, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsini böyük mühəndisə vaxtında bildirmək;
  • Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
  • Podratçı şirkətin görəcəyi NÖC və avtomatika üzrə təmir işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Qəza duruşlarında NÖC və avtomatika vasitələrinin nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırmaq;
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün NÖC və avtomatika üzrə avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq nəzarət etmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Требования

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Elektrik, Elektronika və avtomatika mühəndisliyi, Metrologiya, Ölçmə vasitələri, Proseslərin avtomatlaşdırılması);
  • Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
  • İstifadə olunan NÖC və avtomatika cihazlarının və idarəetmə klapanlarının işləmə prinsiplərini, DCS, ESD, F&G kimi idarə etmə sistemlərinin əsaslarını bilməli, proses P&ID sxemlərini, sxematik diaqramları oxuyub anlamağı bacarmalı, texniki sənədlər hazırlamağı bacarmalı;
  • NÖC və avtomatik idarəetmə vasitələrinin uçotunu, onların müəyyən edilmiş müddətdə yoxlanılmasını və baxışın keçirilməsini, nəzərdə tutulmuş standartlara və texniki şərtlərin tələblərinə uyğun gətirilməsinə nəzarət etməli, idarəetmə otaqlarında istifadə olunan PLC, HMI və DCS üçün lazım olan aparat və proqram təminatı reviziyalarının edilməsini (C300 & HC900 Honeywell, Siemens S7-400, HMI üçün alqoritmin, məntiqin və operator interfeyslərinin yaradılmasını/dəyişdirilməsini) bilməli;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

Похожие вакансии