Баку,
Азербайджан
09.09.24
-
09.10.24
O работе
- Təşkilat məqsədləri ilə uyğunlaşan hərtərəfli və şirkətin əsas fəaliyyəti üzrə xidmət;
- Avtobus sürücülərinin xətt üzrə işini təşkil edərək ona nəzarət etmək;
- Şəhərdaxili marşrutların effektiv şəkildə planlaşdırılması və optimallaşdırılması
- Avtobus sürücülərini marşrutlarda sərnişindaşıma şəraiti və xüsusiyyətləri barədə təlimatlandırmaq və avtobusun ümumi vəziyyətinə xüsusi nəzarət etmək;
- Xüsusi meteoroloji şəraitdə yolları, müəyyən ərazilərdə hərəkət xüsusiyyətləri ilə bağlı xətt idarəetmə mərkəzləri və park rəhbərləri ilə daimi əlaqə saxlamaq, avtobusların həddindən artıq dayanma vaxtlarının uçotu üçün tədbirlər görmək;
- Növbələr üzrə iş və hadisələr haqqında operativ aktlar tərtib etmək, tələblərə əməl olunmasına nəzarət etmək;
- Avtobus sürücülərinin xətt üzrə hərəkət cədvəli ilə tanış olmaq, qrafiklərə və avtobus intervallarına əməl olunmasını təmin etmək üçün tədbirlər görmək;
- Sərnişin axını dəyişdikdə avtobusların marşrutlar arasında yenidən bölüşdürülməsini təmin etmək;
- Mümkün sərnişin axını artımları və azalmalarını qabaqcadan proqnozlaşdırmaq və buna uyğun resurs planlaşdırmasını təmin etmək;
- İş günləri: 4 gün iş 1 gün istirahət
- İş vaxtı: 6:00-14:00, 14:00-23:00 (Tam iş günü və növbəli qrafik)
- Peşəkar, mehriban komandada iş
- Professional və maddi artım üçün perspektiv
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Требования
- Müvafiq sahə üzrə ali təhsilli (nəqliyyatın idarəolunması, logistika və s.);
- Sahə üzrə iş təcrübəsinə malik olmalı;
- 23-45 yaş aralığında olmalı;
- İnformasiya texnologiyaları biliyinə sahib olmalı;
- Azərbaycan dilini sərbəst, (ingilis və rus dilini biliyi arzuolunan)
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- İşgüzar və məsuliyyətli olmalı;
- Növbəli iş qrafikinə uyğun olmalı;
- Azərbaycan Texniki Universitetinin məzunlarına üstünlük verilir.
Транспорт и логистика
Транспорт
Срок действия задания истек