Баку,
Азербайджан
17.03.23
-
16.04.23
O работе
- Əmək haqqının hesablanması və haqq-hesab sənədlərinin hazırlanmasında iştirak;
- Məzuniyyət haqqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyaların hesablanması;
- Əmək qabiliyyəti olmama (xəstəlik) vərəqələri və əlaqəli sənədlərin hazırlanması və təqdim edilməsi;
- İşçilərə və onların ailə üzvlərinə maddi yardımların və peşə əmək qabiliyyətinin itirilməsinə görə ödənclərin hesablanması;
- Ezamiyyə xərclərinin uçotunun aparılmasında iştirak edilməsi;
- Rəhbərliyin əmrinə əsasən yaradılmış komissiyaların işində iştirak edilməsi;
- Vəzifə funksiyalarının icrasından irəli gələn işlər barədə auditor xidməti və dövlət orqanları tərəfindən tələb olunan məlumat və izahatların təqdim edilməsi;
- Rəhbərlik tərəfindən təsdiq edilmiş işlərinnomenklatur siyahısına uyğun mühasibat sənədlərinin çeşidlənməsi, toplanması, saxlanılması, vaxtı bitmiş sənədlərin müvafiq qaydada arxiv işləri üzrə struktur bölməsinə təhvil verilməsi;
- Əsasnamədən və vəzifə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarının icra edilməsi.
Требования
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə 1 il;
- 4 sertifikat müvafiq ixtisas kursu;
- Detallara diqqət;
- Dürüstlük;
- Etik davranış;
- Məsuliyyət;
- Nizam-intizam;
- Öyrənmə qabiliyyəti;
- Peşəkarlıq;
- Qətiyyətlilik;
- Şifahi özünüifadə;
- Stresin idarə edilməsi;
- İşi təqib etmə;
- Kompüter bacarıqları: MS Office proqramları (excel, word, outlook);
- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə metodiki-normativ və başqa rəhbər materialları;
- Uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını, hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası vən yanğından mühafizənin norma və qaydalarını bilməlidir.
Mühasib
Финансовые услуги