ADA University

Mühafizəçi

По соглашению 121
Полн. занятость
Баку, Азербайджан
23.09.24 - 23.10.24

O работе

  • Müəyyən olunmuş ərazidə nəzarət işlərinin yerinə yetirilməsi;
  • Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək.
  • Məktəbin ərazisində müəyyən edilmiş giriş-çıxış postlarında keçidə nəzarət və elektron buraxılış sistemini tənzimləmək;
  • Qorunan obyektə gələn şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin yoxlanılması, qarşılanması və istiqamətləndirilməsi;
  • Gələn qonaqların müvafiq kitabda və ya kompyuter sistemində qeydiyyatını, müvəqqəti buraxılış vəsiqələrinin verilməsini təmin etmək;
  • Qorunan ərazidə patrul keşiyinin həyata keçirilməsini təşkil etmək;
  • Əraziyə daxil olan və ərazidən çıxarılan əşyalara (mallara), açarların verilməsinə nəzarət və onların qeydiyyatını aparmaq;
  • Poçt ilə göndərilən məktub və bağlamaların qəbul etmək və aidiyatı üzrə çatdırmaq;
  • Yanğından mühafizə təhlükəsizliyi tədbirləri ilə əlaqədar təlimatı yerinə yetirmək, yanğın təhlükəsi yarada biləcək şəraiti aşkar edib qarşısını almaq;
  • Vacib qonaqların müşaiyəti və nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
  • Baş vermiş hadisələr barədə müvafiq kitabda qeydiyyatın aparmaq, hər bir hadisə barədə rəhbərliyə yazılı (və ya şifahi) məlumat vermək;
  • İş saatı və tədris prosesi bitdikdən sonra, tədris korpusları, sinif otaqları və qeyri-tədris məkanlarına baxış keçirmək, ərazidə təsbit edilmiş nasazlıqlar və sızmalar barədə  məruzə etmək;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Требования

  • Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Mühafizə sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Təhsil müassisəsində iş təcrübəsi üstünlükdür;
  • Məxfiliyi qorumaq bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Problemləri vaxtında aşkar etmək və mövcud təhlükəsizlik prosedurlarını təmin etmək bacarığı.