Norm ASC

Mexaniki təmir üzrə baş mühəndis

По соглашению 78
Полн. занятость
Баку, Азербайджан
03.09.24 - 03.10.24

O работе

  • Mexaniki təmir bölməsinə aid büdcənin hazırlanması və izlənilməsi
  • Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
  • Mexaniki təmir işlərinin tədbirlər planına əsasən tam yerinə yetirilməsinə nəzarət
  • Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi
  • Mexaniki təmir ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi
  • Mexaniki təmir ilə əlaqəli hesabatların hazırlanması
  • Anidən yaranan mexaniki nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
  • Qeyri-standart/cizgisi olmayan ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən yaradılması
  • Mexaniki təmir bölməsinə aid gündəlik texniki təmir qrafikinin və siyahısının qurğular dayandırılmazdan əvvəl hazırlanması
  • Planlama şöbəsi ilə əməkdaşlıq
  • texniki təmir sisteminin yaradılması üçün texniki təmir heyətinə yardım
  • mexaniki qurğuların təmiri üzrə qeydiyyatların mütəmadi aparılmasının təmin edilməsi
  • texniki təmir planlarının hazırlanması
  • vacib ehtiyat hissələrin siyahısının tərtib edilməsi
  • ehtiyat hissələrin anbardakı miqdarının optimallaşdırılması
  • texniki təmir planının həyata keçirilməsi
  • İri miqyaslı dayanma (illik dayanma) planının hazırlanması
  • Podratçı şirkətin işçi heyətinin sayının görüləcək işlərə müvafiq olaraq təyin olunması
  • Podratçı şirkətin görəcəyi mexaniki təmir işlərlə bağlı siyahının hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət
  • Qaz təchizatı sisteminin istifadəsini planlamalı, istehsalat tapşırıqlarını verməli və onların “Qaz
  • Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir.

Требования

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 10 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə bacarığı
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
  • Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı.


Похожие вакансии