Bestcomp Group

Məhsul sahibi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
02.03.23 - 01.04.23

O работе

  • İstifadəçilər və texnologiyalar haqqında ətraflı biliyə əsaslanaraq məhsulun texniki həyat dövrünə rəhbərlik etmək;
  • Məhsulun xüsusiyyətlərini və funksionallığını təmin etmək üçün proqramlaşdırma komandası tərəfindən həyata keçiriləcək işi təyin etmək, prioritetləşdirmək və qiymətləndirmək;
  • Biznes dəyərinə uyğun olaraq məhsul bakloqunu formalaşdırmaq üçün analitika, dizayn, proqramlaşdırma da daxil olmaqla, çarpaz funksiyalı komandalar və maraqlı tərəflərlə işləmək;
  • Məhsulun yol xəritəsindəki xüsusiyyətləri istifadəçi hekayələrinə çevirərək proqramlaşdırma komandasının məhsulu qavramasına yardımçı olmaq;
  • Maraqlı tərəflərin tələblərini balanslaşdıraraq, təyin edilmiş məhsullar üçün sprint planlamasını prioritetləşdirmək;
  • Məhsulun müştəriyə vaxtında çatdırılmasını təmin etmək üçün layihə menecerlərinə, maraqlı tərəflərə hesabat vermək;
  • İşin həcminə və resurs tələblərinə əsaslanaraq büdcələrin hazırlanmasını dəstəkləmək;
  • Tətbiqin təhvil verildikdən sonra təkmilləşdirmələrinin və istəniləcək yeni funksionallıqlarını nəzərdən keçirib icrasını planlamaq, yaranan texniki problemlərlə bağlı mütəmadı xəbərdalıqlar etmək.

Требования

  • Təhsil: İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və İT biznes sahələri üzrə bakalavr dərəcəsi;
  • Təcrübə: Proqram təminatı layihələrində məhsul sahibi, biznes analitik və ya bənzəri vəzifələrdə 3+ illik təcrübə;
  • PSPO, CSPO, CSM kimi sertifikatlara sahib olmaq üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri yaxşı (yazı və oxuma);
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti;
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Güclü iş etikası;
  • Detallara diqqət;
  • SDLC bilikləri;
  • Baza SQL bilikləri üstünlükdür.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.


Срок действия задания истек