Baku Steel Company CJSC

Marketinq üzrə aparıcı mütəxəssis

По соглашению 1230
Полн. занятость
Баку, Азербайджан
12.12.24 - 12.01.25

O работе

  • Şirkətin ümumi strategiyası ilə uyğun olaraq uzunmüddətli və qısa müddətli marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək;
  • Şirkətin hədəf bazarını, müştəri seqmentlərini və bazar ehtiyaclarını təhlil etmək, uyğun marketinq yanaşmalarını inkişaf etdirmək;
  • Rəqiblərin fəaliyyətlərini və bazar tendensiyalarını izləyərək şirkətə ən uyğun marketinq strategiyalarını təklif etmək;
  • Şirkətin ictimai əlaqələrini qurmaq, mətbuat konfransları və tədbirlər təşkil etmək;
  • Media ilə əlaqələr yaratmaq və şirkətin imicini müsbət yöndə idarə etmək;
  • Şirkətin media nümayəndələri ilə əlaqələrini idarə etmək və məqsədyönlü PR kampaniyalarını həyata keçirmək;
  • Sosial media, SEO, SEM, Google Ads, e-mail marketing və digər rəqəmsal kanallarda marketinq kampaniyalarını hazırlamaq, tətbiq etmək və izləmək;
  • Rəqəmsal marketinq platformalarında şirkətin baxış saylarını artırmaq və onlayn müştəri əlaqələrini gücləndirmək;
  • Şirkətin məhsullarını və xidmətlərini tanıdan tədbirləri təşkil etmək, yerli və xarici sərgilərdə və tədbirlərində iştirak etmək;
  • Hədəf auditoriya üçün fərqli marketinq kampaniyaları və promosyonlar təşkil edərək şirkət məhsullarının tanıtımını etmək;
  • Əlaqəli struktur bölmələr ilə koordinasiyalı şəkildə işləmək və layihələrin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək;
  • Marketinq dünyasında meydana çıxan yeni tendensiyaları və texnologiyaları izləmək, şirkətə uyğun olanları tətbiq etmək;
  • Şirkətin marketinq strategiyalarını yenilikçi yanaşmalarla təkmilləşdirmək və rəqəmsal texnologiyalardan istifadə edərək daha geniş auditoriyaya çatmaq;
  • İş qrafiki: 5 günlük iş həftəsi; 
  • İş yeri: Bakı şəh., Mir Cəlal küç., 15 (Dərnəgül).

Требования

  • İqtisadiyyat, idarəetmə, marketinq və ya yaxın sahələr üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi.
  • Yüksək təşkilatçılıq qabiliyyəti və vaxtın düzgün idarə edilməsi bacarığı;
  • Yaxşı kommunikasiya bacarıqları və komanda ilə koordinasiyalı şəkildə işləmə bacarığı;
  • Xarici dil: rus dili və ya ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarını (Excel, Word, PowerPoint) yaxşı səviyyədə istifadə etmə bacarığı;
  • Təqdimat və hesabat hazırlamaq bacarığı;
  • Yaradıcı düşüncə və innovativ həllər təklif etmək bacarığı;
  • Müraciətlərinizi qeyd edilmiş e-mail ünvanına başlığı altında “Marketinq üzrə aparıcı mütəxəssis” qeyd edərək yönləndirməyiniz xahiş olunur.

Похожие вакансии