Azərbaycan Sənaye Korporasiyası

Maliyyə təhlili, planlama və hesabatlar şöbəsinin aparıcı mütəxəssisi

1800 ₼ 132
Полн. занятость
Баку, Азербайджан
30.10.24 - 30.11.24

O работе

  • Müəssisənin büdcə planının, proqnozlarının və müvafiq maliyyə hesabatlarının hazırlanması;
  • Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
  • Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirak və koordinasiya;
  • Təqdim edilmiş büdcə və proqnozların təhlili;
  • Büdcənin icrasina nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Kənarlaşmalar barədə struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi;
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparilmasi və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi;
  • Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər;
  • Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət;
  • Cəmiyyət və onun törəmə müəssisələri üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq maliyyə uçotunu aparılmasını təmin etmək;
  • Maliyyə siyasətini hazırlanmasını əlaqələndirmək, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək və siyasətin icrasına nəzarəti həyata keçirmək;
  • Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələri üzrə vahid hesablar planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasını təmin etmək;
  • Cəmiyyətin törəmə müəssisələri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən Maliyyə vəziyyətinə dair hesabat (Balans hesabatı), Mənfəət və ya zərər və Digər məcmu gəlirlər hesabatı, Pul vəsaitlərinin hərəkətinə dair hesabat, Kapitalda dəyişikliklər barədə hesabat, qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək və hesabatların vaxtında təqdim edilməsi;
  • Cəmiyyətin törəmə müəssisələrinin maliyyə və mühasibatlıq strukturlarına maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılması, yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq Cəmiyyət konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanması;
  • Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələr üzrə maliyyə hesabatlarının kənar auditi proseslərinin koordinasiyası;
  • İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə.

Требования

  • Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
  • Maliyyə uçotu, təhlil və planlama (büdcə və proqnoz) sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
  • 1C 8.3 ERP sistemi üzrə iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi; Xarici dil (ingilis, rus) biliyi arzu olunandır;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik təhlil və problem həlletmə bacarığı;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər;
  • ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır.


Похожие вакансии