NBA Technologies International

Maliyyə müdirin müavini

По соглашению
Полн. занятость
Баку, Азербайджан
12.01.23 - 11.02.23

O работе

  • Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
  • Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
  • Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
  • Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
  • Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
  • Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin edir;
  • Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edir;
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00-18:00;
  • İş yeri: Babək Plaza ; Xətai rayonu.

Требования

  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili, İngilis dili;
  • Təcrübə: Sahə üzrə 4 il təcrübə (Sertifikatlar ACCA, Financial Reporting və ya DipİFR arzu olunandır);
  • Kompüter bacarıqları: Microsoft Office (Outlook, MS Excel, Power Point) əla səviyyədə (Logo proqramında çalışa bilənlərə üstünlük veriləcək);
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Dəqiqlik və təfsilatlara yönümlülük.


Срок действия задания истек