VMF Company

Maliyyə direktoru

По соглашению
Полн. занятость
Баку, Азербайджан
14.03.23 - 13.04.23

O работе

  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və cəmiyyətin əmlakının qorunmasına nəzarət;
  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
  • Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
  • Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
  • Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
  • Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313.

Требования

  • Təhsil: Ali (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Təcrübə: Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları (Excel, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
  • Komandada işləmə və düzgün idarəetmə bacarığı;
  • Tələbetmə və yönləndirmə bacarığı;
  • Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
  • Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.


Срок действия задания истек