AZDIZAYN GROUP

Mal-material üzrə mühasib

По соглашению
Полн. занятость
Баку, Азербайджан
24.01.23 - 23.02.23

O работе

  • Müəssisəyə məxsus olan malların, mal-materialların və əsas vəsaitlərinin uçotunu aparır, maların və mal-materialların faktiki maya dəyərini hesablayır;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir;
  • Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir. Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir;
  • Malların və Mal-materialların idxalı, alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi, satışı və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir;
  • Malların və Mal-material alışı, satışı və silgisi ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir;
  • Malların və Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı bazasına əlavə edir;
  • İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir. Qaimələri, aktları tərtib edir və təqdim edir;
  • Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir;
  • Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir;
  • Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir; Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət edir;
  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət edir.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Mikro proqramında sərbəst işləmək təcrübəsi, müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili arzuolunandır);
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.


Срок действия задания истек