Veliev MMC

Mal-material üzrə mühasib

По соглашению 92
Полн. занятость
Баку, Азербайджан
08.10.24 - 08.11.24

O работе

  • Xammal və yarımfabrikat anbarları üzrə mədaxil, məxaric və yerdəyişmə sənədlərini müntəzəm olaraq alır, sistemə düzgün işlənildiyinə nəzarət edir və proqram təminatında faturalaşdırır;
  • İstehsala çəkilən xərcləri vaxtında mühasibat uçotunda əks etdirir;
  • Məhsulun (işin, xidmətin) maya dəyərinin kalkulyasiyasını həyata keçirir, reseptlərə nəzarət edir;
  • İlkin sənədlər əsasında silinmələri yoxlayır;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların minimuma endirilməsi üçün təkliflər hazırlayır;
  • Əsas vəsaitlərin uçota alınması, onlara amortizasiya hesablanması işlərini həyata keçirir;
  • Təmir xərclərinin uçotunu aparır, kapitallaşdırılan təmir xərclərini nəzarətdə saxlayır;
  • Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrini (GPS məlumatları), yanacaq paylama cədvəllərini yoxlayır (YD şirkətinin plastik kartlar üzrə hesabatı), onları faktiki miqdarla təqdim olunan hesabatlarla müqayisə edir;
  • Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir, kənarlaşmaları miqdar və məbləğ ifadəsində hesablayır, rəhbərliyin tapşırığına əsasən proqram təminatında kənarlaşmalara düzəlişlər edir;
  • Təsərrüfat mallarının hərəkətinin uçotunu həyata keçirir;
  • Anbarlar üzrə dövriyyə-qalıq cədvəlləri hazırlayır;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır;
  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir;
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü).

Требования

  • İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur;
  • Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
  • Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Komanda ilə işləmə bacarığı;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı;
  • Nizam-intizamlı, məsuliyyətli olmalı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.


Похожие вакансии