Baku Electronics

Mağaza əməliyyat meneceri

По соглашению
Полн. занятость
Баку, Азербайджан
11.03.23 - 10.04.23

O работе

  • Şirkət tərəfindən tətbiq edilən satış siyasətinə əsasən mağazada bütün növ əməliyyatların icrasına nəzarət etmək;
  • Anbar və xəzinə ilə əlaqəli bütün növ əməliyyatların hesabatlarını təmin etmək və müvafiq şəxsləri məlumatlandırmaq;
  • Mağaza üzrə çox satılan və ya az satılan məhsul növlərinin təhlilini aparmaq və ümumi müştəri tələbləri əsasında stokların daim yenilənməsini təmin etmək;
  • Satışların artırılması və əməliyyatlarla bağlı xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə təkliflər vermək;
  • Mağaza üzrə müştəri bazasının inkişafı və keyfiyyət dinamikası üçün nəzərdə tutulan aylıq hesabatları hazırlamaq və təqdim etmək;
  • Mağazada anbar və xəzinə ilə bağlı gündəlik yoxlamaları həyata keçirmək;
  • İş gününün əvvəlində işin planlaşdırılması, keçmiş gündən çıxarılan nəticələr və tövsiyyələr üzərində təşkilatı məsələlər üzrə qısa müddətli iclaslar həyata keçirmək;
  • Mağazalarda icra edilən bütün növ əməliyyatların gündəlik hesabatlarını təqdim etmək;
  • Tabeçiliyində olan işçilərin işini koordinasiya etmək;
  • Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək.

Требования

  • Təcrübə: Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Kompüter bacarıqları: MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
  • Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.


Срок действия задания истек

Похожие вакансии