SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Logistika üzrə mütəxəssis

По соглашению 137
Полн. занятость
Сумгаит, Азербайджан
24.07.24 - 23.08.24

O работе

  • Malları müəyyən vaxtda və müəyyən xərclə əldə etmək üçün ən yaxşı çatdırılma üsulunun müəyyənləşdirilməsi;
  • Müqavilə üzrə ekspeditor şirkətlərinin bazar qiymətləri və çatdırılma üsulları ilə müqayisə edilməsi, şirkətin strategiyasına uyğun olaraq ən yaxşı xidmətləri və dəyəri seçmək üçün menecerə rəy bildirilməsi;
  • Xidmətlərin problemsiz həyata keçirilməsini təmin etmək və gecikmələrin, cərimələrin və boşdayanmanın qarşısını almaq məqsədilə daşınmada gecikmələrlə əlaqədar bütün məsələlər üzrə daxildən müxtəlif bölmələrə və şöbələrə, eləcə də xaricdən ekspeditor şirkətlərinə və klirinq agentlərinə səmərəli şəkildə nəzarət edilməsi;
  • Satınalma sifarişi və gömrük rəsmiləşdirməsi qaydalarına uyğunluğu təmin etmək üçün təchizatçılar tərəfindən yekun buraxılışa qədər bütün yükdaşıma sənədləri layihəsinin vaxtında təkrar nəzərdən keçirilməsi;
  • Malların buraxılması üçün Azərbaycan Respublikasının gömrük qaydalarına və tələblərinə uyğun olaraq zəruri idxal sənədlərinin gömrük rəsmiləşdirilməsindən keçirərək təqdim edilməsi;
  • Regenerasiya üçün istifadə olunmuş kimyəvi maddələrin və kimyəvi maddə nümunələrinin ixracı prosesinin koordinasiya edilməsi;
  • Tələb olunan hesabatları təmin etmək və hazırlamaq üçün məlumatların logistika üzrə qeydiyyat jurnalına dəqiqliklə daxil edilməsi;
  • Korporativ siyasətlərə uyğun olaraq və vaxtında gömrük idarəsinə təqdim etmək üçün məktubları, son istifadəçi bəyanatı məktublarını, vergidən azadolma haqqında məktubların hazırlanması və tələb olunan təsdiqlərin təmin edilməsi;
  • BBGİ, HNBGİ, Enerji Resursları gömrük orqanlarında avans bank hesabları üzrə balansın izlənilməsi və göndərilmə haqqında bildirişlərə və öncədən hesablama xülasəsinə əsasən ödənişlərin təşkil edilməsinin koordinasiya edilməsi;  
  • İşlərin məqsədi ilə bağlı bütün sorğulara dərhal və uyğun şəkildə cavabın təmin edilməsi.

Требования

  • Təhsil: Biznesin idarə olunması və ya əlaqədar sahə üzrə dərəcə bakalvr təhsili;
  • Təcrübə: Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
  • Incoterms üzrə iş təcrübəsi (FCA, DAP, DDP, EWX, FOB, və s.);
  • Azərbaycan Respublikasının gömrük kodu və digər müvafiq qanunvericiliklə bağlı güclü bilik;
  • Beynəlxalq ticarət tələblərinə uyğunluğun əsasları barədə anlayış; 
  • Operativlik bacarığı və daxili Sifarişçi xidmətinə diqqətlilik;
  • Yaxşı ünsiyyət bacarığı, komanda daxilində işləmək və liderlik qabiliyyətləri; 
  • Planlaşdırma və böhranların idarə edilməsi bacarığı;
  • İşlərin icrasına məntiqi və sistematik yanaşma;
  • Sadalanan sertifikatlara sahib olması üstünlükdür: DMG - Dangerous Goods Management, Gömrük təlimləri (Gömrük Məcəlləsi, prosedurlar, İncoterms və s.).


Срок действия задания истек

Похожие вакансии