Autolux Azerbaijan LLC

Logistika mütəxəssisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
30.05.23 - 29.06.23

O работе

  • Gömrük bəyannaməsini və nəqliyyat sənədlərini  tərtib etmək, yolda olan yüklər üçün qısa idxal bəyannamələrini rəsmiləşdirmək;
  • Gömrük rüsumlarını əvvəlcədən hesablamaq, gömrük bəyənnamələrini elektron qaydada doldurmaq  və elektron imza ilə təsdiqləmək;
  • Gömrük hesabatlarını ödəniş üçün sistemə daxil etmək, maliyyə şöbəsinə təqdim etmək;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq, ticarət sertifikatı, idxal lisenziyası və s. həmin məsələlər ilə bağlı müraciətlər etmək;
  • Daşımaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq, yüklərin daşınmasını təşkil etmək;
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsini və sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • Yükün daşıma statusu haqqında məlumatı mütəmadi yeniləmək və bu barədə şöbə müdirinə məlumat vermək;
  • Logistik xərclərin cəmiyyətin müvafiq ERP sisteminə daxil edilməsini təmin etmək;
  • Xarici kontragentlərdən şirkətə daxil olan və 3-cü tərəflərə təqdim olunmaq üçün nəzərdə tutulan sənədlərin vaxtında  çatdırılmasını təmin etmək.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə 3 il;
  • Dil bilikləri: İngilis dili biliyi;
  • Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı.


Срок действия задания истек

Похожие вакансии