A+A Security

Layihələr üzrə mütəxəssis

700 - 900 ₼ 305
Полн. занятость
Баку, Азербайджан
27.08.24 - 26.09.24

O работе

  • Avadanlıq üçün sifarişlərin qəbul edilməsi, sifarişlərin yerləşdirilməsi və düzəliş edilməsi;
  • Yerləşdirilmiş sifarişlərin verilənlər bazasında idarə edilməsi, onların tədarük müddətlərinin, daşınma vasitəsinin və qiymətinin nəzarət edilməsi;
  • Daşınmanın optimallaşdırılması;
  • Anbara qəbul edilmiş və buraxılmış malların logistikasının idarə edilməsi;
  • Müqavilələrin, hesab fakturaların,  qaimə fakturaların, yerinə yetirilmiş işlər üzrə aktların, gömrük proseduru üçün sənədlərinin hazırlanması;
  • Layihələr üzrə göndərilmiş hesab-fakturalarının pul vəsaitlərinin yığılmasının nəzarət edilməsi;
  • İstehsalçının balansında olan pul vəsaitlərinin hesabatının aparılması;
  • İstehsalçı tərəfindən tələb edilən hesabatların hazırlanması (CRM Pipeline Monthly Output);
  • Qüsurlu avadanlığın dəyişdirilməsi və istehlakçı tərəfindən zəmanətli təmirinin təmin edilməsi ilə bağlı sualların həll edilməsi;
  • Layihə üçün nəzərdə tutulmuş malların və avadanlıqların qəbul edilməsi (çatışmayan avadanlıqların müəyyən edərək istehsalçıya bildirilməsi);
  • Yeni layihələrin araşdırılması, yeni müştərilərlə görüşlərin təşkil edilməsi;
  • Bazarın tələblərinə uyğun yeni məhsulların və həllərin öyrənilməsi;
  • Yeni məhsulların və həllərin təqdimatının hazırlanması və keçirilməsi;
  • İstehsalçı tərəfindən təşkil olunan webinar və onlayn təlimlərdə iştirak edilməsi;
  • Digər ölkələrdə olan xarici partnyorlarla mütəmadi olaraq danışıqların aparılması;
  • Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00);
  • İstirahət günləri – şənbə və bazar günləri.

Требования

  • Yalnız xanım namizədlər;
  • Kargüzarlığın standartlarını;
  • Sənədlərin rəsmiləşdirilməsi və hazırlanması;
  • İşgüzar münasibətlərin qaydalarını;
  • Malların çeşidini, təsnifatını, xarakteristikasını və təyinatını;
  • Yaş həddi: 25-40;
  • Dil bilikləri: Rus dili mütləq, İngilis dili arzuolunandır;
  • MS Excel, MS Word proqramlarından istifadə.


Похожие вакансии