Баку,
Азербайджан
25.12.24
-
25.01.25
O работе
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsini icra edir ;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsini icra edir;
- Layihəsi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsində iştirak edir;
- Layihə-axtarış işləri çərçivəsində tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsini öz rəhbərinə təqdim edir;
- Layihə rəhbərinin tələbinə əsasən büdcənin formalaşdırılmasını və layihə prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanmasına dair təkliflərin verilməsini icra edir ;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanmasını və təhlilini edir ;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsini icra edir;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir;
- Sənədlərin hazırlanması zamanı mühəndis layihənin həyata keçirilməsi üçün zəruri olan materialları və komponentləri seçir, texniki şərtləri (BOM), kiçik texniki heyət üçün quraşdırma və konfiqurasiya təlimatlarını tərtib edir. (BOQ qiymətləndirmə əməliyyatını icra edir ) ;
- Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsini bilməli;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Требования
- Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə ali təhsil;
- İT şəbəkələrinin dizaynı və ya istismarı , enerji təchizatı və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə mühəndis işi üzrə 5 ildən az olmayaraq iş stajı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı;
- MS Office proqramları, MS Project, AutoCad, MS VISIO, 3D vizuallaşdırma (ScetchUp və ya oxşar proqramda) yüksək səviyyədə işləmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
- Komandada işləmə bacarığı.
Инжиниринг
Kоммерция