Баку,
Азербайджан
18.02.25
-
19.03.25
O работе
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
- Layihəüzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan münasibətlərin tənzimlənməsini;
- Layihəüçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi;
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
- Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
- Layihənin gedişatı və xərclərlə ilə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi;
- Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.
Требования
- İnşaat,mülki-tikinti və ya müvafiq sahəüzrə ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il təcrübə(Mülki bina tikinti üzrə);
- Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis və Rus dili-arzuolunandır;
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- MS Office, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Руководитель проекта
Строительство