Баку,
Азербайджан
10.01.23
-
09.02.23
O работе
- Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
- Korporativ müştərilərlə əlaqələrin qurulmasını, şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
- Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
- Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Ümumi fəaliyyətə dair idarə heyətinə hesabatların verilməsi;
- Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Avtomobil servisi bölməsində ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
- Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək;
- İş qrafiki: Həftədə 5 gün;
- İş saatı; 09:00-18:00.
Требования
- Təhsil: Ali;
- Yaş: 30-40;
- Təcrübə: Korporativ satışda rəhbərlik üzrə 2 il;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
- İdarəetmə bacarığına malik olmalı;
- Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Административный, Бизнес, Менеджмент
Срок действия задания истек