Баку,
Азербайджан
28.02.25
-
28.03.25
O работе
- Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
- Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin etmək;
- Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
- Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
- AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
Требования
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Юрист
Туризм