Aztelekom

Kibertəhlükəsizlik sistemleri üzrə mütəxəssis

По соглашению 0
Полн. занятость
Баку, Азербайджан
11.10.24 - 11.11.24

O работе

  • Kibertəhlükəsizlik insident və təhdidlərinin araşdırılması;
  • Insidentlərin aşkar edilməsi və qarşısının alınması;
  •  Fərqli mənbələrdən gələn məlumatların analiz edilməsi;
  •  L1 mütəxəssislərin aşkarladığı şübhəli hadisələlərin təhlili və araşdırılması;
  • İnsidentlərin prioritetinin müəyyənləşdirilməsi;
  • Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə edilən informasiya təhlükəsizliyi alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning”, “correlation” , “normalization”və s.);
  • SIEM, Firewall, EDR/XDR, WAF, SOAR və s. alətlər vasitəsilə informasiya təhlükəsizliyi təşklinə nəzarət;
  • Kibertəhlükəsizlik insidentləri üçün “playbook”ların və “runbook”ların yazılması və mövcud olanların nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
  • Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin tətbiqi və nəzarətinin həyata keçirilməsi;
  • CTİ məlumatlarının araşdırılması və yeni təhdidlərə qarşı tədbirlərin planlaşdırılması;
  • Təhdidlərin və hadisələrin, həmçinin konfiqurasiya səhvləri və boşluqların araşdırılması, sənədləşdirilməsi və hesabatların hazırlanması;
  • Yaranan insidentlərin hesabatlarının yaradılması.

Требования

  • Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
  • İnformasiya təhlükəsizliyi sistemləri ilə iş təcrübəsi (SIEM, XDR, WAF,DLP, Firewall);
  • Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazaların təhlükəsizlik prinsipləri, protokollar və texnologiyalar üzrə biliklər;
  • İnfrastruktur servislərinin (AD, DNS, DHCP, virtualizasiya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər;
  • Logların idarə edilməsi,təhlili və təhlükəsizlik insidentlərinin nəzərdən keçirilməsi təcrübəsi;
  • SIEM həlləri ilə təcrübə;
  • Şəbəkə protokolları və cihazları haqqında güclü bilik və anlayış;
  • Analitik düşüncəyə sahib olma;
  • Informasiya təhlükəsizliyi sahəsində minimum 3 il təcrübə;
  • CEH, CRTO, CySa+, Comptia Security+, eCHTP və ya buna bənzər sertifikatlar üstünlükdür.

Срок действия задания истек

Похожие вакансии