TVM İnşaat

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

По соглашению 114
Полн. занятость
Баку, Азербайджан
21.08.24 - 20.09.24

O работе

  • Sənədlərin müəssisəyə daxil olan məhsul, material və avadanlıqlara, qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
  • Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;
  • Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
  • Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
  • Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
  • Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək;
  • 6 günlük iş qrafiki;
  • İş yeri-İşğaldan azad olmuş əraziləri.

Требования

  • Ali təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək);
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Yüksək kommunikasiya bacarıqları;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Strateji baxış formalaşdırma bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • ISO standartları üzrə biliklər (üstünlükdür);
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür) rus dili (üstünlükdür);
  • Tikinti işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq çalışması önəmlidir;
  • 25-45 yaş;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.


Похожие вакансии