MKT İstehsalat Kommersiya MMC

Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri

По соглашению
Полн. занятость
Баку, Азербайджан
19.04.24 - 19.05.24

O работе

  • Şirkətin istehsal etdiyi məhsullar üzrə tətbiq olunan beynəlxalq, regional və milli standartlardan məlumatlı olmaq, müvafiq standartların tələblərini öyrənmək və şirkətdə tətbiqini təmin etmək;
  • Müvafiq beynəlxalq, regional və milli standartlar, o cümlədən müştəri tələbləri əsasında istehsal edilən məhsullarla bağlı daxili standartları hazırlamaq və bu standartların tətbiqini təmin etmək;
  • Tətbiq olunan standartlar, texniki şərtlər, o cümlədən müştəri tələbləri və müqavilə şərtlərinə müvafiq olaraq istehsal edilən məhsulların keyfiyyətinə nəzarəti təşkil etmək;
  • Keyfiyyətə nəzarət fəaliyyətlərini (inspeksiya, analizlər, təftiş və s nəzarət tədbirləri) təşkil etmək və bu fəaliyyətlərin icrasına nəzarəti həyata keçirmək;
  • Keyfiyyətə nəzarətlə bağlı daxili normativ sənədləri (siyasət, qayda və təlimatları) hazırlamaq və tətbiqini həyata keçirmək;
  • Keyfiyyətə nəzarət şöbəsinin effektiv fəaliyyətini təşkil etmək, şöbənin əməkdaşlarının təlim və inkişafını təmin etmək, şöbənin fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • Xammal və materialların təchizatı, saxlanması, istehsalat prosesi, o cümlədən hazır məhsulların saxlanması proseslərində keyfiyyətə nəzarət nöqtələrini təyin etmək və bu nöqtələrdə keyfiyyətə nəzarəti təmin etmək;
  • Keyfiyyətə nəzarət fəaliyyəti ilə bağlı zəruri qeydlərin toplanması və saxlanmasını təmin etmək;
  • Keyfiyyətə nəzarət fəaliyyəti ilə əlaqədar informasiya sistemlərinin yaradılması və inkişafına dəstək vermək;
  • Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemləri aşkar etmək;
  • İstehsal edilmiş məhsulların keyfiyyəti ilə bağlı müştəri şikayətlərinin araşdırılmasında iştirak etmək;
  • Mütəmadi qaydada keyfiyyətə nəzarət sisteminin effektivliyinin auditini aparmaq və problemləri müəyyən etmək;
  • Keyfiyyətə nəzarətlə bağlı müvafiq qabaqlayıcı və düzəldici fəaliyyətləri müəyyən etmək və bu fəaliyyətlərin icrasını təmin etmək;
  • Keyfiyyətə nəzarətin təmin edilməsi və keyfiyyətin yüksəldilməsi, keyfiyyət problemlərinin aradan qaldırılması üçün həll yollarını tapmaq üçün digər müvafiq struktur bölmələrlə əməkdaşlıq etmək; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:30 - 18:30;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Требования

  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus;
  • Təcrübə: Kənd təsərrüfatı, tekstil sektorunda təcrübəyə üstünlük veriləcək;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Power Point, Outlook);
  • Sahə üzrə peşəkar kvalifikasiya sertifikatlarının olması üstünlük hesab ediləcək;
  • Keyfiyyətə nəzarətlə bağlı beynəlxalq standartlarla tanışlıq və onların tələbləri üzrə dərin biliklərə malik olma;
  • Data analitikası və statistik təhlil bacarıqlarının olması;
  • Analitik qabiliyyətlər;
  • Araşdırma qabiliyyəti;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Liderlik qabiliyyəti;
  • Yüksək dərəcədə dəqiqlik və məsuliyyətlilik.


Похожие вакансии