Баку,
Азербайджан
02.12.24
-
02.01.25
O работе
- İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək;
- Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabat hazırlamaq və rəhbərə təqdim etmək;
- Nəzarət etdiyi fəaliyyətlərin, işlərin plan üzrə (Sanitar-gigiyena, Keyfiyyət-təhlükəsizlik, HACCP, Texniki baxış, zərərvericilərlə mübarizə və s. planlar) icrasına nəzarət etmək;
- Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət etmək;
- Nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planları hazırlamaq;
- Məhsulun qanunvericiliyə (gərəkli hallarda digər normativ sənəd və standartlara) uyğun texniki mətnin hazırlanmasında iştirak etmək, təsdiq üçün daxil olan markalanma yoxlanışı və təsdiqi sorğularını cavabalandırmaq;
- Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlamaq və lazımi hallarda müştəriyə təqdim etmək;
- Nəzarət etdiyi sahədə istehsal prosesinə nəzarəti həyata keçirir, markalanma (məhsulların tərkibi, xüsusiyyətlərinin özəlliyi, saxlama müddəti və şəraitinə uyğunluğu) və qablaşdırma proseslərinin tələblərə uyğunluğuna nəzarəti həyata keçirmək;
- İstehsal zamanı uygunsuz çıxan məhsulların bloke edilməsi, sonrakı gedişatın izlənilməsi, utilizasiya proseslərində iştirak etmək;
- İş qrafiki: Həftənin 5 günü (Şənbə bazar istirahət);
- İs saatı: 08:30-17:30;
- Koroğlu metrosundan servis;
- İş yeri: Balaxanı Sənaye Kompleksi (OVEN FOOD BAKERY MMC).
Требования
- Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması;
- İSO 9001-2015 (keyfiyyətin idarəetmə sistemi) standartına uyğun istehsal prosesinə nəzarət;
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması;
- Stresli iş şəraitində işləmə bacarığı;
- Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmək;
- Növbəli iş qrafikində işləmək bacarığı;
- Təhsil: Ali (Qida sənayesi üzrə üstünlükdür);
- İş təcrübəsi: Qida və qənnadı istehsalı sahəsində keyfiyyət mütəxəssisi olaraq 1 ildən 3 ilə kimi təcrübə;
- Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Сервис безопасности
Питание