North West Construction

Keyfiyyətə nəzarət mühəndisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
17.04.24 - 17.05.24

O работе

  • Keyfiyyət standartlarının və sistemlərinin tətbiqi;
  • Keyfiyyət performansının monitorinqi və təhlili;
  • Keyfiyyət normalarının yerinə yetirilməsini təmin etmək üçün materialları, avadanlıqları və prosesləri yoxlamaq va sinaqdan keçirmək;
  • Nəzarət və təkmilləşdirmələri inkişaf etdirmək və həyata keçirmək üçün əməliyyat menecerləri ilə əməkdaşlıq etmək;
  • İstehsal problemlərinin araşdırılması, aradan qaldırılması və tam nəzarət;
  • Düzəliş tədbirlərinin, həllərin və təkmilləşdirmələrin hazırlanması;
  • Layihənin bütün fəaliyyətlərinin keyfiyyətə nəzarəti başa çatdıqdan sonra qəbul edilməsinə icazə verərək, onun məsuliyyət sahəsi daxilində istinad sənədlərinə uyğun həyata keçirilməsini təmin etmək;
  • KİS Prosedurları ilə tələb olunan digər departamentlərin proseslərinin monitorinqi, tələb olunarsa, layihə çərçivəsində Keyfiyyət auditlərinin aparılması;
  • Yoxlamalara nəzarət etmək və şahid olmaq, hesabatları və sənədləri yoxlamaq və tələb olunan Keyfiyyət Qeydlərini toplamaq və fayl-serverə yüklənməsinə nəzarət etmək;
  • NCR, RMA, MS, OP və s. tətbiq etmək və nisbi düzəldici tədbirlər həyata keçirmək;
  • Layihə üçün alınan bütün materialların təsdiq edilmiş təqdimata uyğun olduğunu, müvafiq qaydada işləndiyini və saxlanıldığını və layihədə istifadə üçün məqbul olduğunu yoxlamaq və sənədləşdirmək;
  • Keyfiyyət tələblərini müzakirə etmək üçün işin hər yeni mərhələsinin əvvəlində yeni və mövcud subpodratçılarla tikinti öncəsi görüşlər keçirmək və KT/KN tələblərinin şərtləri ilə tanış etmək;
  • Layihənin təhvil-təslim prosesini əlaqələndirmək və sənədləşdirmək;
  • Quraşdırılmış və zəmanətlər kimi istismar və təmir kitabçalarını ehtiva edən layihənin bağlanması sənədlərini toplamaq və arxivləşdirmək;
  • Zəruriyyət yarandığı hallarda, keyfiyyətə təsir edən və ya işin məntiqi irəliləyişinə mane olan məsələləri həll etmək üçün işi dayandırmaq;
  • Keyfiyyət və sənaye tənzimləmə tələblərinə davamlı uyğunluğu təmin etmək;
  • Korporativ layihələrdə Keyfiyyətə Nəzarət Menecerinin Tapşırıqlarını həyata keçirmək;
  • İş yeri: Region.

Требования

  • Təhsil: Ali təhsili mühəndislik və ya mühəndislik ilə əlaqəli ixtisasa malik olmaq;
  • Təcrübə: Keyfiyyət mühəndisliyi, keyfiyyət təminatı və ya oxşar vəzifədə minimum 10 illik təcrübə (5 il Beynəlxalq Layihələrdə (FİDİC) olmaq şərti ilə);
  • Dil bilikləri: İngilis, Rus və Azərbaycan dillərində danışıq və yazı bacarığının əla səviyyədə malik olmaq;
  • Kodlaşdırma və QA proqram alətləri və proseslərindən istifadə təcrübəsi;
  • Ünsiyyət və koordinasiyalı komanda ilə işləmə bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Tikinti materiallarının sınaqlarının AASHTO, BS,  ASTM, GOST, AzDTN və s. Beynəlxalq standartların tətbiq və nəzarət bacarıqları.


Похожие вакансии