Ram Holding

IT təhlükəsizlik inzibatçısı

2600 - 2900 ₼ 168
Полн. занятость
Баку, Азербайджан
25.10.24 - 25.11.24

O работе

  • Holdinqin informasiya təhlükəsizliyini qorumaq; 
  • Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək; 
  • İT fövqəladə hallar planı ilə işləmək; 
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək; 
  • Texniki avadanlıqların iş təhlükəsizliyini nəzarət etmək, serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq; 
  • Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak etmək;
  • Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək; 
  • Şübhəli davranış üçün şəbəkə trafikini izləmək; 
  • Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir; 
  • Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu fayrvol avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir; 
  • Fayrvol avadanlıqlarında icazələrin verilməsində iştirak edir; 
  • Təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir; 
  • Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir; 
  • Veb proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir; 
  • Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır; 
  • Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək; 
  • Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır; 
  • Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak edir; 
  • Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Требования

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Təhlükəsizlik üzrə sertifikatların olması arzuolunandır.


Похожие вакансии