Баку,
Азербайджан
13.01.25
-
13.02.25
O работе
- Bütün xətti rəhbərlər və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək uğurlu nəticələrin əldə edilməsi məqsədilə münasibətlərin qurulması və işə qəbul proseslərinin səmərəli şəkildə həyata keçirilməsi;
CV-lərin və işə qəbul müraciətlərinin detallı şəkildə nəzərdən keçirilməsi, namizədlərin keyfiyyətinə uyğun ilkin seçimlərin aparılması; - Vakansiyalar üzrə elanların ADY-nin karyera səhifəsində, sosial mediada və digər daxili/xarici iş elanları platformalarında vakansiyaların yerləşdirilməsi;
- Namizədlərin işçi tələb formasına uyğun müəyyən edilmiş seçim kriteriyalarına görə təhlil edilməsi və müvafiq olaraq qısa siyahısının hazırlanması;
- Seçilmiş namizədlərin siyahısının müvafiq xətt rəhbərlərinə təqdim edilməsi və onların rəyini nəzərə alaraq qərarların qəbul olunması;
- İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi, onların suallarına uyğun olaraq dəstək verilməsi;
- Namizədlərin işə qəbul prosesinin bütün mərhələlərini izləyərək vaxtında və düzgün şəkildə məlumatlandırma təminatı verilməsi;
- İşə qəbul proseslərinin nəticələrinə dair hesabatların hazırlanması və davamlı olaraq namizəd hovuzunun idarə edilməsi;
- Bazarda mövcud olan ən yaxşı işə qəbul təcrübələrini araşdıraraq şirkət üçün faydalı olan yeni strategiyaların təklif edilməsi;
- Müxtəlif mənbələrdən (sosial şəbəkələr, iş elanları platformaları, universitetlər və s.) istifadə edərək ən uyğun namizədləri cəlb etmək üçün strategiyaların inkişaf etdirilməsi;
- Mövcud işə qəbul proseslərinin analizi və təkmilləşdirilməsi, daha səmərəli və müasir yanaşmaların tətbiq etdirilməsi;
- Strateji hədəflərə uyğun olaraq işə qəbul fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Требования
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
- Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
- Şəxsi keyfiyyətlər: Əla ünsiyyət və təşkilatçılıq bacarıqları, analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarığı, yüksək diqqət və işə olan məsuliyyət.
Человеческие ресурсы
Профессиональные услуги