Ricon MMC

İş icraçısı

По соглашению
Полн. занятость
Баку, Азербайджан
24.02.23 - 26.03.23

O работе

  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir;
  • İşlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir;
  • İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır;
  • Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir;
  • Ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir;
  • İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir;
  • İş yerlərində, keçid və magistrala çıxan, yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir.

Требования

  • Təhsil: Orta təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək və s;
  • Kollektivi idarə etmə vərdişləri, daxili əmək intizamı qaydaları üzrə biliklər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Vəzifəsi üzrə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.


Срок действия задания истек