Баку,
Азербайджан
23.05.23
-
22.06.23
O работе
- Performans İdarəolunmasına dair proqram, strategiya, siyasət, prosedur, proses, təlimat və departamentlərin performans məsələlərinin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında iştirak etmək;
- Performans idarəetmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək;
- Hədəfi təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək;
- Təşkilat səviyyəsində performansın idarəedilməsi və performansın təkmilləşdirilməsi proqramlarını idarə və koordinasiya etmək;
- Şirkətimizin korporativ mədəniyyətinə və fəaliyyətinə müsbət təsir göstərmək üçün işçilərin və rəhbərliyin bütün səviyyələri üçün təşkilat səviyyəsində performans fəaliyyətini inkişaf etdirmək və idarə etmək;
- Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
- Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
- Bütün nəticələri təlim verilənlər bazasına daxil etmək və yenilənmiş məlumatların mövcüd olmasını təmin etmək;
- Sorğuya əsasən şirkət işçiləri üçün müvafiq təlimlərin təşkilində köməklik etmək;
- Təlim və inkişaf istiqamətinin fəaliyyətləri ilə bağlı bütün proseslərin həyata keçirilməsinə dəstək göstərmək;
- Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması;
- Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlimin ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması.
Требования
- Təhsil: Ali (insan resurslarının idarəolunması, sosial elmlər, biznes idarəçiliyi kimi sahələrdə);
- Təcrübə: İnsan resursları sahəsində minimum 3 il;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (Excel və Power Point yaxşı səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili yaxşı səviyyədə;
- Komandada çalışma bacarığı;
- Ünsiyyətcillik, çeviklik;
- Güclü iş etikası;
- Təqdimat bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli;
- Şəxsi inkişafa meyilli.
Человеческие ресурсы
ИКТ