SOCAR DOWNSTREAM MANAGEMENT LLC

İnzibati icraçı (Tabelçi)

По соглашению 0
Полн. занятость
Баку, Азербайджан
27.09.24 - 28.10.24

O работе

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • İşçilərin davamiyyətlə vaxtı - vaxtında işə gəlməlirinə və işdən getmələrinə ,iş yerlərində olmalarına nəzarət edilməsi;
  • İş vaxtının uçotu tabelində müvafiq qeydlər edir,işçilərin işə gəlmələri,gecikmələri barədə,səbəblər göstərməklə işə çıxmamaları haqqında gündəlik məlumatları tərtib edir,işçi heyyətinin siyahısını hazırlayır uçotunu aparır və məzuniyyətə çıxmaları haqqında tabeldə qeydlər aparır.İşçilər tərəfindən iş qabiliyyətinin müvəqqəti itirilməsi və onların işə çıxmalarına haqq verən arayışlarını vaxtı-vaxtında təqdim etmələrinə nəzarət edir;
  • Qoyulmuş qayda üzrə əvəz olunmuş vaxt,istirahət və bayram günlərində,habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş günlərdə ( hüzn günü, seçgi günü və.s ) işə çıxmalar, əvəzgünlər, əlavə iş saatları və digər məlumatları özündə əks etdirən  tabeli hazırlayır;
  • Tabel təsərrüfatına aid olan sənədlərin tərtib edilməsini, müxtəlif uçot işlərinin aparılmasını, işgüzar yazışmaları kompüterdə yerinə yetirir və elektron sənəd dövriyyəsini də sistemə işləyir;
  • Hər ayın sonunda cari ay üzrə iş vaxtının uçot tabelini bütün lazımi məlumatlarla tərtib olunmuş qaydada  idarə aparatının səlahiyyətli müvafiq şöbələri ilə razılaşdırıldıqdan sonra mühasibat uçotu və hesabatı şöbəsinə təhvil verir və sistemə yükləyir;
  • Hər ayın sonunda növbəti ay üçün iş qrafikini tərtib etməli, sahəsinə və işinə  aid olan məlumatların və sənədlərin düzgünlüyünü yoxlamalı, məsuliyyət daşdığı işlərlə bağlı tabe olduğu rəhbərə mütəmadi olaraq məlumat verməlidir;
  • İşində dəqiq, diqqətli, məsuliyyətli, işgüzar olmalı;
  • Analitik düşünmə bacarığı;
  • Məsuliyyətlik;
  • Detallara diqqət etmək.

Требования

  • Orta və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq sahənin əsasnaməsində və bu vəzifə təlimatında tutulmuş əsas vəzifələrin və funksiyaların vaxtında keyfiyyətlə yerinə yetrilməsi barədə məlumatlı olmaq;
  • Sahənin işçi heyyətinin davamiyyətinin yoxlanmasını, iş vaxtının uçotunun tərtib edilməsi və iş qrafikinin hazırlanması təlimat və standartlara uyğun olaraq  yerinə yetrilməsini təmin etməlidir və müəssisədaxili intizam qaydalarını bilməlidir; 
  • SAP PM modulundan istifadə etməyi  bilməlidir.

Срок действия задания истек

Похожие вакансии