Баку,
Азербайджан
09.03.23
-
08.04.23
O работе
- İdman studiyasında inzibati işlərin təşkili və işçi heyətlə qarşılıqlı münasibətlər;
- İş yerində meydana çıxan bütün məsələlərin müstəqil həll edilməsi;
- Əməkdaşların iş qrafikinin planlaşdırılması prosesinə nəzarət;
- Müştərilərə xidmət, studiyanın potensial və yeni müştərilərinə studiyanın ən yüksək səviyyədə təqdimatı;
- Daxil olan zəngləri qəbul etmək, hazırkı və potensial müştərilərlə qarşılıqlı əlaqəni təmin etmək;
- Studiyadakı mövcud malların çeşidlərini müntəzəm olaraq təftiş etmək və sifarişləri tərtib etmək;
- Məhsulların ehtiyat səviyyəsinə nəzarət etmək;
- Təsdiq edilən formada hesabatların aparılması;
- Studiyanın müştərilərinə məsləhətlərin keyfiyyətinə və xidmət göstərilməsinə məsuliyyət daşımaq;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyətcil və gülərüz olmaq;
- İşə qəbul AR əmək məcəlləsinə uyğun aparılır;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 18:00, 12:00 - 21:00 (şənbə günü 09:00 - 15:00).
Требования
- Yaş: 22-40;
- Cinsi: Xanım;
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan və rus dillərini mütləq bilmək, ingilis dilini bilmək əlavə üstünlükdür;
- Kompüter bacarıqları: Ofis proqramları üzrə biliklər (1C üstünlükdür);
- Ofis texnikası ilə işləmə bacarığı.
Административный, Бизнес, Менеджмент
Профессиональные услуги