HRIN.CO

İntensiv praktiki təlim (1st cohort - Social Media bootcamp)

По соглашению
10063
Интернатура
Баку, Азербайджан
19.02.25 - 19.03.25

O работе

Korporativ Sosial Məsuliyyət çərçivəsində il ərzində 15 tələbə və ya məzunu iş həyatına öyrəşdirməyi planlaşdırmışıq, bu səbəbdən ilk olaraq sosial media üzrə “1st cohort - Social Media bootcamp” elan edirik.

Təlim proqramı:
1-ci həftə: Tanışlıq və əsas biliklər;

  • Şirkət və komanda ilə tanışlıq;
  • Sosial media platformalarının əsas funksiyaları;
  • Brendin sosial mediada mövqeləndirilməsi;

2-ci həftə: Kontent idarəçiliyi və strategiya;

  • Kontent strategiyasının qurulması;
  • Rəqib analizinin aparılma qaydaları;
  • Auditoriya analizi;
  • Kontent kalendarın hazırlanması;

3-5-ci həftələr: Kontent yaradılması və süni intellektin dəstəyi;

  • Kontent hazırlama qaydaları;
  • Effektiv post və story dizayn prinsipləri;
  • Video çəkiliş qaydaları;
  • Süni intellektə doğru əmrlərin verilməsi qaydaları;

6-cı həftə: Reklamların idarə edilməsi;

  • Meta reklamlarının əsasları;
  • Reklam kampaniyalarının qurulması;

7-ci həftə: Task Management və işin təşkili;

  • Task idarəetmə alətləri işləmə mexanizmləri;
  • İşlərin prioritetləşdirilməsi və komanda ilə iş prinsipləri;

8-ci həftə: CRM və müştəri əlaqələri;

  • CRM haqqında təməl biliklər və tətbiqi;
  • Müştəri mesajlarının effektiv idarə olunması;
  • Müştəri əlaqələrində kriz idarəçiliyi.

Требования

Təlim ödənişsiz olduğu üçün aşağıdakı kriteriyalara uyğun şəxslərlə əlaqə saxlanılacaq;

1. İngilis dilində B1 və üzəri biliyə sahib olmalı;

2. Həftə içi 5 gün tam zamanlı təlimə qatılmaq imkanı olmalı.


Похожие вакансии