MKT İstehsalat Kommersiya MMC

İnsan Resursları üzrə mütəxəssis

По соглашению
Полн. занятость
Имишли, Азербайджан
10.03.23 - 09.04.23

O работе

  • İşçilərin şəxsi işlərini aparır, formalaşdırır;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və təcrübəçilərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirir;
  • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə rəhbərlik edir;
  • Qərar və əmrlərin sənədləşməsini təmin edir;
  • Müəssisədə yerli rəhbərliyin kadrlar üzrə verilmiş əmr və göstərişlərinin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır;
  • Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil edir;
  • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim edir;
  • Mövsümi işçilərin təcili sürətdə işə götürülmə və işdən çıxarılma sənədləşməsini icra edir;
  • Kadrlara olan tələbat haqqında birbaşa rəhbərə məlumat verir;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
  • Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir;
  • İş qrafiki: 6 günlük.

Требования

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil arzu olunandır;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • AR əmək məcəlləsinin əsaslarını bilmək.


Срок действия задания истек

Похожие вакансии