Amal Group

İnsan resursları üzrə mütəxəssis

По соглашению 498
Полн. занятость
Губадлы, Азербайджан
29.08.24 - 28.09.24

O работе

  • Müəssisənin şöbə işçilərinin davamiyyəti, nizam-intizam qaydalarına riayət etmələri haqqında şöbə rəisinə gündəlik olaraq məlumat verilməsi.
  • Aylıq davamiyyət cədvəlinin aparılması, hesabatın hazırlanması və ay sonunda mühasibatlığa təqdim olunması.
  • Vaxtında müəssisə şöbələrinə kadrlar şöbəsinin əsasnaməsinə uyğun olan xidməti məlumatların çatdırılması; əmrlər, göstərişlər, instruksiyalar, xidməti qeydlər və s.
  • İşçilərin tabel və məzuniyyət uçotunun aparılması.
  • Müəssisənin işçilərinin ad günləri cədvəlinin hazırlanması.
  • İşçi bazasının yaradılması və daima yenilənməsi.
  • Şöbənin dəftərxana ləvazimatı ilə təmini üçün sifarişlərin edilməsi.
  • Verilən tapşırıq və göstərişlərin vaxtında və keyfiyyətli icra edilməsi.
  • Müəssisə işçiləri haqqında şəxsi məlumatların konfidensiallığını qorumaq.
  • İş yerində mehriban ab-havanın saxlanmasına kömək edir.
  • Cəmiyyətdə kommersiya sirri rejiminin yoxlanılması üçün tədbirlərin hazırlanması və keçirilməsi.
  • Kommersiya sirrinin sızılması mümkün olan kanallarının aşkar edilməsi və onların qarşısının alınması.
  • Mübahisəli vəziyyətlərinin aradan qaldırılması üçün tədbirlər görür.
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
  • Şəxsi işlərin arxivləşməsini aparır;
  • Sənədlərin operativ qeydiyyatını aparır;
  • Şöbə müdirinə  tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
  • Müəyyən olunmuş hesabatları tərtib edir;
  • Əmək və istehsalat intizamına, əməyin mühafizəsi qayda və qaydalarına, istehsalat sanitariyası və gigiyena tələblərinə, yanğından mühafizə tələblərinə, mülki müdafiə tələblərinə əməl edir;
  • Rəhbərliyinin göstərişlərini yerinə yetirir. Daxili qaydalara riayət etməlidir. İşçilərin səliqəli görünməsinə diqqət yetirir, özü də ləyaqətli və səliqəli görünür.
  • Bazar ertəsi- Şənbə 09:00-18:00
  • İş yerinin ünvanı: Qubadlı.

Требования

  • Yaş həddi: 25-50;
  • Məsuliyyətli, nizam-intizamlı, dəqiq, diqqətli;
  • Yeni işçilərin qeydiyyatı, şəxsi vərəqələrinin açılması, əmək kitabçalarının doldurulması.


Похожие вакансии