Shusha Hospitality Group MMC

İnsan resursları üzrə baş mütəxəssis

По соглашению 1341
Полн. занятость
Шуша, Азербайджан
24.12.24 - 24.01.25

O работе

  • AR Əmək Qanunvericiliyinə əsasən işə qəbul olunanların sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi və digər əməliyyatları vaxtında yerinə yetirmək;
  • Əmək qanunvericiliyinə, təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması və digər dəyişikilklərin EMAS platformasında həyata keçirilməsi;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədaxili əmrlərin hazırlanması;
  • Əmək haqqı tabelinin hazırlanması, davamiyyətin izlənilməsi;
  • Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması;
  • Uyğun namizədlərləri vakansiya üzrə tapmaq, görüşlər aparmaq və onları dəyərləndirmək;
  • İşçilərin şəxsi işlərinin tərtib edilməsi;
  • Şirkət daxili prosedur və qaydaların hazırlanması və tətbiqini təmin etmək;
  • Daxili nəzarət prosedurlarının icrasına cavabehlik çərçivəsində şöbələrlə sıx əməkdaşlıq;
  • CV bazasının yaradılması;
  • Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi və qrafikə uyğun olaraq məzuniyyət istifadəsini izləmək;
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • İnsan Resursları üzrə cari və perspektiv planların hazırlanması və ya verilmiş planları icra etmək;
  • Təlim zərurətinin müəyyən edilməsi və təlim planının hazırlanması prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Требования

  • Ali təhsil;
  • Əmək qanunvericiliyini bilmək;
  • İdarəetmə bacarıqları və karyerayada inkişafa iddialı olmaq;
  • EMAS,İSB,MYGOV ilə işləmək təcrübəsi;
  • Kompüter bilikləri: Ms-Office proqramları (Xüsusilə MS Excel);
  • İnsan resursları sahəsində 2 ildən artıq iş təcrübəsi;
  • Məsuliyyətlilik;
  • Diqqətlilik;
  • Analitik bacarıq;
  • Ünsiyyətə açıq və güclü kommunikasiya bacarığı.