Баку,
Азербайджан
12.05.23
-
11.06.23
O работе
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
- Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin hazırlanması;
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi.
Требования
- Təhsil: Ali hüquqi;
- Təcrübə: Hüquq üzrə minimum 2 il;
- Kompüter bacarıqları: MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Hüquqi sənədləri sərbəst hazırlamalı;
- Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
Юриспруденция
Профессиональные услуги